Leysan yağışlar İstanbulu su altında qoydu – FOTOLAR

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları yağıb.

Müstəqil.az xəbər verir ki, şimşək və göy gurultusu ilə müşayiət edilən yağışlar meqapolisdə həyatı iflic edib.

Kanalizasiya xətlərinin dolması nəticəsində yağış suları küçələrdə toplanıb və tunelləri, evləri su basıb.

Yolda qalan avtomobillərin sahibləri xilasedicilər tərəfindən avtomobillərdən çıxarılıb.

Şiddətli yağış hələ də davam etməkdədir. Növbəti günlərdə dolu yağacağı gözlənilir.

Müstəqil.Az

Share: