“Leyləyin hədiyyəsi” tamaşasının premyerası oldu

Azərbaycan Dövlət Kukla Teatrı ibtidai sinif şagirdlərinin yaz tətili günlərində onlar üçün tamaşa sürpriz edib.

Kulis.az xəbər verir ki, teatrda “Leyləyin hədiyyəsi” adlı birhissəli uşaq tamaşasının premyerası olub.

Vaxtaşırı türk xalqlarının folklor nümunələrini yeni səhnə həllində balacalara təqdim edən yaradıcı heyət bu dəfə özbək xalq nağılına üz tutub. “Vur, dəyənək!” adlı ibrətamiz məişət nağılı əsasında tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Özbək mahnı və rəqslərindən də istifadə edilən “Leyləyin hədiyyəsi” tamaşasında uşaqlara dürüstlük, qətiyyət və mübarizlik aşılanır.

Share: