Lerikdə yük avtomobili piyadanı vuraraq öldürdü

Lerikdə yük avtomobili piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonu Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.


Share: