Lerikdə gənclər üçün forum-teatr layihəsi keçirildi

Lerikdə gənclərin mədəni inkişafı ilə bağlı layihə keçirilib.

Kulis.az xəbər verir ki, 2 gün keçirilən layihədə ssenarist və forum-teatr üzrə mütəxəssis Arzu Soltan tərəfindən lerikli gənclər üçün forum-teatr əsaslı layihə həyata keçirilib. Layihə müddətində keçirilən təlimlərdə “Forum teatr nədir?”; “Obraz nədir?”; “Uğurlu şəxsi inkişafımız və motivasiya”; “İcmada təşəbbüskarlıq”; “İcma üçün könüllü olmaq”; “İcmada iştirakçılıq” kimi mövzular forum-teatr şəklində müzakirə edilib.

Layihənin keçirilməsində məqsəd Lerik gənclərinin mədəni və şəxsi inkişafına dəstək olmaq, ətrafdakı problemləri həll etmələrinə kömək etməkdir.

Qeyd edək ki,Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi və Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı ilə keçirilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Share: