LDU-nun prorektoru elmi dərəcə ilə təltif edildi

Təbrik edirəm, Kamran müəllim!

Zəhmətlə qazanılan uğur kimliyindən asılı olmayaraq hamımızı sevindirməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 iyun 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Elmlər doktoru elmi dərəcəsi diplomlarının təqdimatı keçirilib.
Həmkarımız – Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımova Filologiya elmləri doktoru elmi dərəcəsi üzrə diplom təqdim edilib. Kamran müəllim, sözün həqiqi mənasında dəyərli pedaqoq, gözəl müəllimdir. Gündəlik işinin tələblərinə uyğun olaraq bütün kollektivə qarşı qayğıkeş və diqqətcildir.
Dəyərli Kamran müəllim! Sevincinizə şərik olub, Sizi ürəkdən təbrik edib və daha böyük uğurlar arzu edirəm. Siz böyük ziyalı, gözəl müəllim, əsl azərbaycanlı, sözdə yox, əməldə vətənpərvər olan qürurlu Şəhid atasısınız! Yəqin ki, bu uğrunuzdan hər birimizin sevimlisi Şəhid övladınız – baş leytenant Vüsal Kazımovun da ruhu şaddır…

Uğurlarınız bol olsun

Təbrik eyləyirəm əziz müəllim,
Səsiniz daima vüqarlı gəlsin.
Keçin yüksəkliklər,aşın zirvələr,
Adınız ən uca pillədən gəlsin.

Zəhmət hədər getməz,dünyada
Layiqsiz şöhrətə, şərəfə,şana.
Alnınız açıqdır,üzünüz ağdır.
Bu ad yüksəklikdə,duran bir dağdır.

Əsil Azərbaycanlı,əsil türk oğlu,
Olubdur ömrünüz bir örnək yolu.
Vətəni sevdiniz daim könüldən,
Bunu sübut etdiz əməlinizdən.

Şəhid balanızın ruhu şad olsun,
Başınız beləcə qoy uca olsun.
Yaşayın hər zaman gözəl əməllə,
Qoy ömür yolunuz çıraqban olsun.

Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru
baş müəllim
Leyla Məcidova

Share: