LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı  keçirilib.

LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı  keçirilib.

Lənkəran Dövlət Universitetində (LDU) “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda gənc tədqiqatçıların(magistrant və doktrant) respublika elmi konfransı   dövlət himnimizin ifası ilə start götürüb.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayıb və gənc tədqiqatçılara uğurlar arzulayıb.Ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan söz açan universitet rəsmisi  gənc tədqiqatçıların elmi işlərə cəlb edilməsinin elmimizin inkişafı üçün   səmərəli  olacağını  deyib.Professor Natiq İbrahimov son illərdə Lənkəran Dövlət Universitetində gənclərin elmə həvəs göstərdiyini, elmi tədqiqatlar aparmağa maraqlı olduqlarını  müsbət hal kimi dəyərləndirərək  bunu gələcək elmi yenilklərin anonsu kimi dəyərləndirib.

LDU-nun rektorunun müşaviri , professor Mikayıl Məhərrəmovun  “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda məruzəsində elmin inkişaf doktorinasından söz açıb.Bildirib ki, Lənkəran Dövlət Universitetində  fəaliyyət göstərən 4 fakultə və 13 kafedrada qəbul olunmuş plan üzrə 19 istiqamət, 20 mövzuda  və ümumilkdə 82 elmi-tədqiqat işləri aparılıb və bu iş davam etdirilir.Müsbət haldır  ki, tədqiqat mövzularının demək olar ki, böyük əksəriyyəti  Lənkəran-Astara regionunun  coğrafi  mövqeyinin , zəngin ekoloji xüsusiyyətlərinin , fauna və florasının , torpaq və bitki ehtiyatlarının , ümumiyyətlə, sosial-iqtisadi  və mədəni-siyasi həyatının öyrənilməsinə  həsr olunub.

Rəsmi hissədən sonra konfrans işini bölmələrdə davam etdirib.Müxtəlif bölmələr üzrə bütövlükdə 120-dən artıq  çıxış  dinlənilib və müzakirə edilib.Konfransın sonunda   iştirakçılara sertifikatlar təqdim ediləcək.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

Share: