“Lazımdırsa, Zaporojye AES-i bağlaya bilərik” — Ukrayna

“Zaporojye Atom Elektrik Stansiyasının bağlanması üçün səbəblər varsa, elektrik stansiyasını bağlaya bilərik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyinin rəis müavini Oleh Korikov deyib.

Korikov bildirib ki, elektrik stansiyası öz elektrik enerji ehtiyatını qarşılayır, lakin elektrik enerjisi kəsildiyi halda ehtiyat dizel generatorları işə salınmalıdır.

O, həmçinin Rusiyanın Ukraynaya hücumu səbəbindən dizel ehtiyatlarını doldurmağın son dərəcə çətin olacağını qeyd edib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Elektrik stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlarda bir-birini günahlandırır.


Share: