Lavrov Çinə səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov 22-23 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcək.

Bu barədə federasiyanın XİN-i məlumat verib Bildirilir ki, nazir martın 23-də Quylin şəhərində çinli həmkarı Vanq Yi ilə danışıqlar aparacaq. Görüş zamanı xarici işlər nazirlikləri rəhbərlərinin Rusiya-Çin strateji qarşılıqlı fəaliyyətinin vəziyyəti və perspektivlərini müzakirə edəcəkləri və iki ölkənin pandemiya halında atacaqları addımlarının koordinasiya edilməsinin bir sıra aspektlərinin nəzərdən keçirəcəyi qeyd olunur.

Müstəqil.Az

Share: