Lavrov BMT Baş Assambleyasının sədri ilə görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Quereşi ilə görüşdə bu qurumun siyasiləşdirilməməsinin vacibliyini qeyd edib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Macarıstanlı diplomatla görüşdə rusiyalı nazir bu qurumun səmərəliliyinin artırılmasının, əməkdaşlıq və etimad mühitinin saxlanmasının vacibliyini qeyd edib.

S.Lavrov Baş Assambleyanın sədrini məsul vəzifəsində balanslı və bərabər məsafəli xətt tutmağa çağırıb.

“Çaba Kyoryoşinin daim bütün üzv dövlətlərin maraqlarını rəhbər tutacağına, ayrı-seçkilik xətlərinin aradan qaldırılmasına töhfə verəcəyinə ümid ifadə olunub”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.


Share: