Laçından çəkilən ermənilərin qisasçı vandallığı başqa ölkələrdə də heyrət doğurub…

Faiq Balabəyli: “Azərbaycanı sevən, sevməyən, qonşu olan, olmayan bütün xalqlar artıq erməni vəhşiliyinin xərçəng xəstəliyi kimi metastaz verməsinin, yayılmasının şahidi olur”

imgErmənilərin 30 ildən artıq bir müddətdə Azərbaycan ərazisində törətdiyi cinayətlər, qırğınlar, yanğınlar, ekosidlər, talançılıqlar dünyada geniş müzakirə olunur. Dünyanın mütərəqqi insanları belə bir yırtıcı, dağıdıcı toplumun olmasından heyrətə gəlirlər. Bu gün erməni terroru bütün Qafqaz üçün böyük təhlükə, təhdid mənbəyidir.

Ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən evləri yandırması, meşələri qırıb oda qalaması, fauna və floranı məhv etməsi, eləcə də digər vandalizm davranışları qonşu ölkələrdə ciddi müzakirə olunur, qınanır. Yayılan məlumatlara görə, ermənilərin Laçında soyğun, talan və yanğınlar törətmələri Gürcüstanda geniş rezonans doğurub. Politoloq Quram Marxuliya 30 il ərzində yalan içində yaşayan ermənilərin artıq həqiqətləri qəbul edərək çarəsizlikdən hər şeyə əl atdıqlarını bildirib.“Belə vandalizm tarixdə yoxdur. Bütün gürcü xalqı bu vəhşiliyi qınayır. Ermənilərin yandırdığı evlər onların deyildi. O evlərin hamısı azərbaycanlılarındır. Bir insan meşədən nə istəyə bilər? Biz bunu başa düşmürük. Bu hərəkətlər bütün beynəlxalq hüquq normalarına da ziddir. BMT və digər beynəlxalq təşkilatların qətnamələrində bu barədə heç nə yoxdur, çünki onların bu cür vəhşiliklər törədə biləcəyi ağıllarına gəlməyib”.

  • “Quram Marxuliyanın fikirləri ilə razılaşmamaq olmur deməklə, onu da qeyd etmək istərdim ki…”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə məsələ ilə bağlı şərhində bildirdi ki, Gürcüstan ictimaiyyətinin erməni vandalizminə reaksiya verməsi çox yaxşı haldır, amma ermənilərin necə vəhşi toplum olduğu yalnız ayrı-ayrı qonşu və qeyri-qonşu ölkələrin timsalında deyil, beynəlxalq təşkilatlar səviyyəsində də ciddi qınanmalıdır. F.Balabəyli hesab edir ki, qonşu ölkələr nədənsə ermənilərin bu vəhşiliyinə bir az gec cavab verib. “Məsələ ondadır ki, bəzi qonşu dövlətlərin bu vəhşiliyi indi dillərinə gətirməsi çoxdanın həqiqətinə çox gec olaraq reaksiya vermələrini sübutladı. Ayrı-ayrı zamanlarda ermənilər təkcə türklərə qarşı deyil, elə gürcülərə və başqa xalqlara qarşı da xəyanətkar qonşu olmalarını nümayiş etdiriblər. Özlərinin olmayanı özlərinki kimi qələmə verməklə, sahib çıxmaq istəyi ilə əsrlər boyu vandalizmə yol veriblər”.

F.Balabəylinin sözlərinə görə, elə Gürcüstanın özündə torpaq iddiaları ilə dəfələrlə səs-küy salıb, əsassız iddialar irəli sürüblər, onlar heç ortaq olduqları xristian dininə, xaça, bu dinin aşıladığı müqəddəsliyə də hörmət etməyiblər.

“Quram Marxuliyanın fikirləri ilə razılaşmamaq olmur deməklə, onu da qeyd etmək istərdim ki, daha nə lazım idi ermənilərin bu vəhşiliyi qeyd olunsun? Əlbəttə, heç kəs özünün doğulduğu, böyüdüyü, ayaq açıb yeridiyi yerə, yurda, obaya qarşı bu vəhşiliyi etməz. Ermənilərin Laçında və ətraf kəndlərdəki vəhşilikləri bu qənaətə gəldiklərini, əmin olduqlarını bildirir ki, buralar onlara aid deyil. Baxın, son 150 ildə indi Ermənistan adlanan torpaqlarımızdan yüz minlərlə insanımız qovuldu. Onlar bir damı, tövləni, evi yandırdılarmı? Yox. Niyə? Ona görə ki, bu xalqın içində bir inam var idi, nə vaxtsa dədə-baba yurdlarına dönüb öz əmlalarına sahib çıxacaqlar. Elə Yuxarı Qarabağdan məcburi köçkün olaraq gələndə də bu nadanlığa yol verilmədi. Hətta evlərinin açarını da xəlvət saxladıqları yerdə gizlətdilər ki, geri qayıdacaqlar. Çoxları evlərinin açarını özü ilə gətirib qaldığı evin ən görünən yerindən asırdı ki, itib-batmasın, evinə qayıdanda qapısını rahat açıb içəri girsinlər. Bəli, ermənilərin bütün bu hərəkətləri bütün beynəlxalq hüquq normalarına ziddir. BMT və digər beynəlxalq təşkilatların qətnamələrində bu barədə heç nə yoxdur deyənlər də yanılmır. Axı heç bir xalqda bu vəhşilik, nadanlıq, insanlığa yad hərəkətlər müşahidə olunmayıb. Azərbaycanı sevən, sevməyən, qonşu olan, olmayan bütün xalqlar artıq erməni vəhşiliyinin xərçəng xəstəliyi kimi metastaz verməsinin, yayılmasının şahidi olur və bu xəstəliyin bəşəriyyətin sağlam ruhda inkişaf etməsinə əngəl olduğu qənaətinə gəlinir”-deyə F.Balabəyli vurğuladı.

İradə SARIYEVA

Share: