“Laçın yolu blok altında olsaydı, oradan avtomobil keçməzdi” — XİN sözçüsü

“Təəssüf ki, ABŞ-nin ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında bildirib.

“Əgər Laçın yolu blok altında olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?”,- deyə Hacızadə bildirib.


Share: