La Liqa rəhbəri: “Barselona”nın prezidenti Laporta vəzifəsindən uzaqlaşdırılmalıdır”

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Barselona”nın prezidenti Xuan Laportanın postundan uzaqlaşdırılmalı olduğunu düşünür.

“Laporta İspaniya Futbol Federasiyasının prezidenti tərəfindən “Barselona”dakı vəzifəsindən uzaqlaşdırılmalıdır”, – deyə Tebas “Onda Cero”ya bildirib.

Xatırladaq ki, “Barselona”nın adı son zamanlar maliyyə feyr-pleyi problemləri və İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verilməsi ittihamları ilə daha çox hallanır. Tebasın açıqlaması “Neqreyra işində” “Barselona”nın lehinə olan məqamların üzə çıxmasından sonraya təsadüf etməsi müzakirələrə səbəb olub.

Share: