Lənkəranda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Ələt-Astara magistralında qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobili “Ford”la toqquşub.

Qəza nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri – 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Share: