Ərdoğanın Blinkenlə müzakirə etdiyi məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə İstanbulda keçirilən görüşündə Yaxın Şərqdə baş verənləri müzakirə edib.

xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasını, girovların azad edilməsini, humanitar yardımın genişləndirilməsini və mülki əhali arasında itkilərin azaldılmasını vurğulayıb. Eləcə də regionda dayanıqlı və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyi qeyd olunub”, – bəyanatda deyilir.

Blinken və Ərdoğan həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

***

Saat 15:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, görüş İstanbulda Vahdettin Köşkündə keçirilir.

Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyk iştirak edir.

Share: