Lənkəranda yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ölüb.

İki sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Share: