Lənkəranda qəza — 1 nəfər öldü, 5 nəfər yaralandı

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Apa”ya istinadən xəbər verir ki, hadisə xəstəxanaya yaxın ərazidə qeydə alınıb.

Təcili tibbi yardımdan verilən məlumatda bildirilir ki, hadisə yerinə iki təcili yardım avtomobili göndərilib.

İlkin xəbərə görə qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.


Share: