Lənkəranda möhtəşəm bayraq yürüşü…-Foto

Müstəqil.Az bildirir ki,9 noyabr Azərbaycan  Respublikasının Dövlət Bayrağı Günü Lənkəranda bütün təntənəsi qeyd edilib ,milli bayraqlarımızın dalğalandığı   küçə və meydanlarda əsil xalq coşqusu, bayram əhval-ruhiyyəsi  yaşanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı  ilə keçirilən  bayram mərasimi  Azərbaycan Dövlət Himninin canlı ifası ilə start  götürüb.

Bayram mitinqini  Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini  icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları milli bayramımız-9 noyabr  Bayraq  günü  münasibəti ilə təbrik edib.Bayraq gününün  milli bayram kimi elliklə qeyd olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində , azərbaycançılıq ideyalarının təbliğində müstəsna rol oynadığını deyən universitet rəsmisi bü günki izdihamdan qurur duyduğunu dilə gətirib.

Mitinqdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  9 noyabr tarixini  Azərbaycan xalqının həyatında ən şərəfli gün  kimi səciyyələndirib, milli bayrağı hər bir vətəndaşın qurur mənbəyi, fəxr yeri, milli mənliyi  adlandırıb,  bildirib ki,1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş , 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan bayrağımız 1990-cı il noyabrın 17-də  məhz ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla  isə 9 noyabr tarixi Dövlət Bayrağı günü  milli bayram  kimi  geniş qeyd  olunur. T.Qaraşov işğal altında olan torpaqlarımızda üçrəngli bayraqlarımızın dalğalanacağı günün-Qələbə gününün  uzaqda olmadığını  deyib.

Mitinqdən sonra şəhərin mərkəzindən  Lənkəranın girəcəyindəki  Bayraq Meydanına  doğru izdihamlı  yürüş keçirilib. Bayram yürüşünə  Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti, YAP Lənkəran Şəhər Təşkilatının üzvləri , ictimaiyyətin bütün təbəqələrinin təmsilçiləri, bir sözlə, minlərlə iştirakçı  qatılıb. Yürüşün keçirildiyi H.Əliyev prospekti  boyu  Azərbaycan bayraqları dalğalandırılıb,   vətənpərvərlik ruhlu  şüarlar, mahnı və marşlar  səsləndirilib. Yürüş  Bayraq meydanında  vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

Esmira İsmayılova-Lənkəran.

FOTOLAR:

Share: