Lənkəranda mikroavtobus minik maşını ilə toqquşub, beş nəfər xəsarət alıb

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes-Benz” markalı mikroavtobus, KIA markalı avtomobillə toqquşub. Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991-ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001-ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994-cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005-ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006-cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: