Lənkəranda kitab təbliğinin təşkili

Dünən- 20122-ci ilin fevral ayının 28-də  Lənkəran şəhər Mədəniyyət Mərkəzində Yayım Assosiasiyası təşəbbüsü ilə rayonun Kitabxana-Klub rəhbərləri ilə görüş keçirilmişdir.

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil edilən görüşdə rayonun kitabxana-klub rəhbərləri, rayonun tanınmış yazıçıları və oxucular iştirak edirdilər.

Tədbiri giriş nitqiylə açan Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru, yazıçı Hafiz Mirzə keçirilən görüşün əhəmiyyəti və kitabxanaların üzərinə düşən öhtəliklərdən danışdı və sözü Yayım Assosiasiyası İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalova verdi. Layihə rəhbəri layihənin mahiyyəti, qaldırılan problemin həll edilməsində kitabxanaların rolu, qarşıya qoyulan vəzifələr haqda danışdı. O rayonun bütün kitabxanalarını oxucularla yazarların mütəmadi görüşlərinin keçirilməsinə çağırdı.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, ona yaxın kitabın müəllifi, yazıçı Qafar Cəfərov Yayım Assosiasiyasının cənub bölgəsində oxucularla yazarların görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəklədiyini və rəhbərlik etdiyi təşkilatın məmmuniyyətlə bu layihədə iştirak edəcəklərini vurğuladı. “Bizim bölgədə qiymətli əsərlər yazan onlarla yazıçı vardır. İstəyirik ki, oxucularımız, gənc nəsin bu yazıçıların əsərlərini oxusun. Savadlı olsunlar. Kitab oxuyan isanın danəşıq dili təmiz olur, fikirlərini aydın ifadə edə bilir, intelekti yüksək olur və s”.

Sonra çıxış edən şair və yazıçılar Ağamir Cavad,   Xatirə Xatun, Ziyafət Yəhya, İkram Dadaşov, yazıçı-publisist Ağaddin Babayev, Kənarmeşə kitabxana-klubunun direktoru Ofelya Əliyeva, rayom mədəniyyət mərkəzi kitabxana-oxu sektorunun müdiri Habil Əliyev keçirilən görüşün nəticəsi olaraq şəhər, qəsəbə və kəndlərdə mütəmadi olaraq görüşlərin keçirilməsinin vacibliyi qeyd edərək Yayım Assosiasiyası və Azərbaycan Yazıçılar Birliyi Lənkəran  Bölməsi ilə əməkdaşlıq edəcəklərini qeyd etdilər.

Görüşdə iştirakçılara Yayım Assosiasiyası adından dəftərçə-qələm və müxtəlif yazarların kitabları hədiyyə edildi.

Ağaddin Babayev

 

Share: