Lənkəranda dəhşətli qəza: 4 ölü, 1 yaralı/Foto

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “KaMAZ” markalı yük maşını ilə “Mitsubishi” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ölənlər minik maşında olan şəxslərdir.

Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata gpörə, xəsarət alan azyaşlıdır.

***

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir. Hazırda onların kimliyi araşdırılır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub./APA/


Müstəqil.az

Share: