Lənkəranda baş verən qəzada piyada ölüb

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb.

Kənd sakini, Əsgər Səyadullanın idarə etdiyi “Mercedes 190” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma başlanılıb.

Share: