Lənkəranda ağır qəzada sürücü öldü, digəri qaçdı

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, qəza zamanı “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzadan sonra “VAZ-2106″ işıq dirəyinə, ardınca ağaca çırpılıb. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.


Share: