Lənkəran və Samuxda sərt karantin bitdi

Bu gündən Lənkəranda və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmur.

Share: