Kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -ya verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Share: