Kuru Otlar Üstüne: Həqiqətin melanxolik təqibi

Kulis.az kinotənqidçi Burcu Meltem Tohumun Nuri Bilge Ceylanın 76-cı Kann Film Festivalında premyerası baş tutan “Kuru Otlar Üstüne” filmi haqqında yazısını təqdim edir.

Nuri Bilge Ceylanın son filmi “Kuru Otlar üstüne” (2023) gözlərimizi kor edəcək qədər ağ səhnə ilə açılır. Film bir xatirənin lentə alınmış iki mövsümünü diqqət mərkəzində tutur: qış və yay. Bu yaddaşın daha çox qış bölgələrinə şahidlik etdiyimiz film bəşəriyyətin bir-birinə etinasızlığının komediyasını təqdim edir. İnsan quruluşunun mürəkkəbliyini sosial ədalətsizlik iyerarxiyasına görə formalaşdıran film şəxsi hesablaşma mövzusu altında dövrün cəmiyyətini kadrlaşdırır. Fasiləsiz yağan qarın ətrafında əriyən ümidlər, ulayan küləklərin əks-sədası film boyu hiss olunur. Ərzurum bölgəsində çəkilmiş film istehsal mərhələsində müxtəlif məkanların cəmini təşkil etsə də, Anadolu insanlarının diqqətinə az qala unudulmuş qış estetikası vəd edir.

Bu, rejissorun builki 76-cı Kann Film Festivalında “Qızıl Palma budağı” uğrunda yarışan doqquzuncu filmidir. Məkanın təcrid olunmuş gözəlliyi ilə qarlı panoramada qəzəb və arzu sərhədlərində dolaşan “Kuru Otlar Üstüne” dinamik kontekstual səhnələri, yaratdığı erotizm üçbucağı və fəlsəfi baxımdan bütün intellektual potensialından istifadə edən bir ekran işidir.

Fotoqrafiya və portret əsərlərinin kifayət qədər çəkiyə malik olduğu film boyu foto çərçivələr müstəvisində qarşılaşdığımız bütün üzlər müəyyən mənada filmin xarakter yönümlü mövzusunu inkişaf etdirir. Ssenarisini Ebru Ceylan, Nuri Bilge Ceylan və Akın Aksunun yazdığı filmdə bəzi gündəliklərdən də istifadə edilib. Bu, filmin hekayə dərinliyini genişləndirdi və onun xüsusi sehrini bəslədi. Filmin harada çəkiləcəyi ilə bağlı uzun müddətdir araşdırmalar və səfərlər edən Nuri Bilge Ceylan Kannda keçirdiyi mətbuat konfransında film üçün ən uyğun yerin Ərzurum olduğunu bildirib. Ərzurumun Qarayazı mahalının nisbətən ucqar kəndlərində çəkilən “Kuru Otlar Üstüne” filminin hər səhnəsi başqa bir kənddən müxtəlif əks-sədalar daşıyır. Filmin birinci hissəsində xüsusilə önəm kəsb edən məktəbin daxili və ətrafının tamam başqa yerlərdə çəkilişi filmin kompozisiyasında Uilyam Vordsvortun və Bertolt Brextin şeirləri ilə gecədə tək qalan yeganə buludu tərk etməyən bir leytmotiv yaradır. “Kuru Otlar Üstüne” ilə kinonun bütün dərinliklərindən texniki mənada istifadə edən Nuri Bilge Ceylan, məktəbdəki dəhlizlər də daxil olmaqla, hər bir məkanı fərqli məkanlarda çəkərək, hekayə kontekstində uzaq məkanları bir-birinə yaxınlaşdırdı.

76-cı Kann Film Festivalının mətbuat konfransında Nuri Bilge Ceylan yaratdığı obrazların qaranlıq tərəfləri ilə maraqlandığını bildirərək, personajların ən qaranlıq tərəflərinin belə adi hisslərimizə aid olduğunu vurğulayıb. Filmin baş qəhrəmanlarından biri olan Səmədin (Dəniz Celiloğlu) oynadığı rol “Kuru Otlar Üstüne”nin ən “qaranlıq” obrazını əks etdirsə də, hamımızın bildiyimiz və daddığımız anları ilə ən sağlam hisslərə xidmət edir. Dəniz Celiloğlunun Səməd obrazı haqqında dediyi “Onu anlamağa çalışarkən fərqli hisslər keçirdim” ifadəsi isə Səmədin həm özündə, həm də filmin hər ardıcıllığında fərqli simasına/xarakterinə malik olduğunu göstərir. Filmdə Səmədi açan Nuray obrazının (Merve Dizdar) olmasıdır. Zaman-zaman kifayət qədər didaktik dialoqlar keçirən ikilinin paylaşdıqları anlar Səməd obrazının tədricən izləyicinin baxış bucağında böyüməsinə şərait yaradır. Celiloğlunun ssenaridəki Səməd obrazını oxuduqdan sonra təsəvvür etdiyi obrazla səhnələr inkişaf etdikcə canlandırdığı obraz arasında fərqlərin olduğunu və hər səhnədə Səmədin onunla birlikdə böyüdüyünü nəzərə alsaq, aralarındakı təbii ünsiyyətin olduğunu deyə bilərik. Personajlar filmin hər kadrına nüfuz edir.

Filmin ssenari qrupunda yer alan Akın Aksunun Şərqə müəllim təyin olunması və orada keçirdiyi 3 il ərzində yazdığı qeydlərin filmin onurğa sütununu təşkil etməsi müəyyən mənada filmi ikiyə bölür. Hekayənin iki perspektivdə təsviri, eyni zamanda üzvi bir kompozisiya yaratmağa kömək edir. Üslub baxımından, ümumilikdə 3 saat 17 dəqiqə davam edən filmin rəvayətinin iki kompozisiyaya bölünməsi də diqqət çəkir. Filmin birinci hissəsində tamaşaçı olaraq hər tərəfdən qarla örtülmüş bir məktəbdə görürüksə, filmin digər hissəsində isə məktəb indi Səməd obrazının öz reallığını kəşf etməsi üçün körpü kimi görünür. Birinci hissədə Səməd obrazının ifşasında məşəli Sevim (Ece Bağcı) obrazı tutursa, digər hissədə bu məşəl Nurayın vasitəsilə əl dəyişir.

First Teaser for Nuri Bilge Ceylan's About Dry Grasses Introduces an Epic  Drama

Filmdəki ifadə formalarının bir-birini qidalandırması filmin kompozisiyasına heç bir şəffaflıq qatmır. Beləliklə, filmin bölünmüş rəvayəti bir tərəfdən ədəbi keyfiyyəti ifadə edirsə, digər tərəfdən onun müşahidəçi povestini qoruyub saxlayır. Nuri Bilge Ceylan Kanndakı mətbuat konfransında filmin montajda çoxlu dəyişikliklər etdiyini və film üçün istifadə edilən gündəliklərin və qeydlərin üç ili əhatə etdiyini açıqlayıb və filmin ərsəyə gəlməsinə səbəb olan təfərrüatların belə filmə istənilən səviyyədə daxil edildiyini vurğulayıb. Bu yolla filmdə qalan povestin qalıq kimi yer alması filmin immersiv tərəfini yaradan amil kimi özünü göstərir. Fərdi uğursuzluq, ürək bulanması, ümidsizlik kimi emosional vəziyyətlər filmin depressiv quruluşunu qidalandırmaqla yanaşı, eyni zamanda onları anlamaq üçün oxşar duyğulara məruz qalmağımızın lazım olmadığını göstərir.

Nuri Bilge Ceylanın filmlərinə dərindən nüfuz edən realizm “Kuru Otlar Üstüne” ilə zəncirini qırır. Filmin ikinci yarısında ortaya çıxan kadrlar tamaşaçını teatr məkanına cəlb edən atmosfer yaradır. Filmin ən təəccüblü tərəfi olan bu səhnə həm orijinal, həm də qeyri-orijinal nəqli eyni anda tamaşaçılara təqdim edir. Səməd obrazının qəfil bir otaqdan keçməsi, filmin çəkiliş meydançasına girməsi, yerini dəyişməsi, sonra heç bir şey olmamış kimi yenidən obrazını oynamağa davam etməsi Kuru Otlar Üstünə filminin ən zəngin formal səhnələrindən birini ortaya qoyur. Bu səhnədə Səməd obrazı çəkiliş studiyasına keçsə də, reallaşan personaj Dəniz Celiloğlunu heç vaxt tək qoymur. Digər tərəfdən, güzgülərin sındırdığı dördüncü divarın təsiri də Səməd obrazının Dəniz Celiloğlunun bədəninə möhkəm sarıldığını göstərir. Nuri Bilge Ceylan tamamilə xarakter yönümlü film olan Kuru Otlar Üstüne filmində hekayəni reallıqla qıraraq öz kino korpusuna fərqli bir qapı açır.

Paralel həyat fantaziyaları, özünə (bilmədən) nifrət, reallıq və fantastika arasında zehni sərhədlərin bulanması da personajlar arasındakı bağ ətrafında narsisistik qeyri-adekvatlıq hissi yaradır. Studiya səhnəsinin yaradılması zamanı üç fərqli yerdə çəkiliş apardıqlarını da əlavə edən Nuri Bilge Ceylan mətbuat konfransında bu çəkiliş ideyasının əvvəlcə ssenariyə daxil edilmədiyini, hətta bir film kimi yazılmadığını söylədi. Üç kadrdan yalnız birindən istifadə etməyə üstünlük verən rejissor filmə əlavə etdiyi bu elementin özgələşdirici təsirindən istifadə etmək əvəzinə, bu texniki keçidlə filmə müəyyən harmoniya qatmağa üstünlük verib. Bu vəziyyət çox güman ki, Deniz Celiloğlunun canlandırdığı obrazı dərinin altında sıx hiss etməsi ilə bağlıdır. Əvvəlki filmlərində studiya çəkilişlərindən istifadə etdiyini dilə gətirən Ceylan, studiya çəkilişlərinin verdiyi reallıq qavrayışına toxunaraq “gerçəyi unutmaq” vəziyyətinə də toxunub. Deyə bilərik ki, filmə əlavə olunan bu səhnə həm də povest kompozisiyasında duyğuları qırıb, filmə vergül əlavə edib. Bu mənada “Kuru Otlar Üstüne” studiya səhnəsi ilə Çarli Kaufmanın “Synecdoche, New York” (2008) filmini yada salır.

Kuru Otlar Üstüne / About Dry Grasses (2023) - Teaser (4K) - YouTube

Reallıqdan yüksələn bir yuxunun auramızı qucaqladığının şahidi olduğumuz film, Kənan (Musab Ekici), Səmət kvarteti arasında hərəkət edərkən toxunduğu duyğuların bütün əksləri ilə tamaşaçını mövcud olanların fövqündə yaşana bilən dünya qurmaq haqqında düşünməyə vadar edir. İnsan münasibətləri səviyyəsində konkretlik və orijinallıq baxımından rejissorun əvvəlki filmlərindən daha çox narahat edən “Kuru Otlar Üstüne” eqoist tərəfi ilə misantropik qarşıdurma üzərində qurulub.

Dilimizə uyğunlaşdıran: Rəvan Cavid

Share: