“Kuru otlar üstüne” dən ilk səhnə yayımlandı

Merve Dizdara Kannda “Ən yaxşı aktrisa” mükafatını qazandıran Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filmindən ilk səhnə yayımlanıb.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baxış tarixi hələ müəyyənləşməmiş film İstanbula təyinat almaq ümidi ilə yaşayan gənc müəllim Sametin həyatından bəhs edir. O, arzularına baxmayaraq, Anadolunun ucqar bir kəndində məcburi xidmətinin dördüncü ilini başa vurur.

Qeyd edək ki, bundan öncəki filmləri ilə dəfələrlə beynəlxalq festivallarda laureat olan rejissor bu filmi ilə də Kann Film Festivalında dəqiqlərcə alqışlanıb.

Share: