Kürdəmirdə su kanalında meyit tapıldı

Dünən Kürdəmir rayonunda su kanalında meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Qağacılı kəndi ərazisindən keçən kanalda kişi meyiti aşkar edilib.

Məlum olub ki, ölən şəxs həmin kənd sakini, 44 yaşlı İslamov Rəşad Eldar oğludur.

Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi, həmçinin spirtli içki aludəçisi olduğu bildirilir.

Hadisə ilə bağlı araşırma aparılır.


Share: