Kürdəmirdə, məzunu olduğu məktəbdə şairə Sevinc Arzulu ilə görüş keçirildi.

KÜRDƏMİRDƏ GÖRÜŞ VƏ TƏQDİMAT

 Mayın 13-də Kürdəmir şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbində həmin məktəbin məzunu olmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sevinc Arzulu ilə görüş keçirildi. Görüşdə şairənin üçüncü kitabının – “İşığın kölgəsi” kitabının təqdimatı da oldu.

Direktor müavini Rəfael Məmmədov tədbirə qatılan qonaqları və şagirdləri giriş sözü ilə salamladıqdan sonra sözü şairənin 1972-ci ildən 1979-cu ilə qədər sinif rəhbəri və müəllimi, eyni zamanda ailə dostu olan Tofiq Baloğlanova verdi. İxtisasca fizika müəllimi olmuş Tofiq müəllim Sevinc Arzulunun uşaqlıq və gənclik illərini gözlər önünə sərərək onun uşaqlıqdan ədəbiyyata, şeirə marağından danışıb hər kəsi kövrək duyğular selinə bürüdü.

Daha sonra Yazıçılar Birliyinin üzvü, tərcməçi-şairə Təranə Musayeva şairənin yaradıcılığından geniş danışdı.

Ardıcıl olaraq görüşü təşkil edən məktəbin direktoru Vüqar Nəsirova, tədbirdə məni tək qoymayan  jurnalist Şəlalə xanım, Çingiz Kürdəmirli, Şirzad müəllim, Bakıdan bu görüş üçün Kürdəmirə gəlmiş Mehparə xanım, Südabə xanım, Atakişili kənd kitabxanasının müdiri Sevər xanım çıxış edərək şairəyə ürək sözlərini və təbriklərini çatdırdılar.

Məktəbin gənc nəslin təlim-tərbiyəsində çalışan Nahilə müəllimə, Yeganə müəllimə, Leyla müəllimə Zahirə müəllimə və başqa müəllimlər tədbirdə iştirak etdilər.

Tədbirdə iştirak edən şagirdlər çıxışlar arasında şairənin şeirlərindən parçalar söylədilər, şairəyə və qonaqlara müasir, gözəl Kürdəmir torpağının yetirdiyi qızılgüllər bağışladılar.

Qeyd edək ki, şairə Sevinc Arzulunun”İşığın kölgəsi” kitabının növbəti təqdimatı 21 may tarixində Yazıçılar Birliyinin Natəvan klubunda keçiriəcək.

Müstəqil.Az

Share: