Kürdəmirdə dörd yük maşını toqquşub, piyada ölüb – FOTO

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

-nın yerli bürosunu xəbərinə görə, rayonun Qarabucaq kəndindən keçən hissəsində 1986-cı il təvəllüdlü Bakı sakini Asəf Həsənovun idarə etdiyi TIR qəflətən yola çıxan piyadanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Arxadan gələn daha 3 yük maşını – TIR, “KamAZ” və betonqarışdıran bir-birinə çırpılıb.

Hadisə nəticəsində yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Fakt araşdırılır.

***

Saat 22:22

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

-nın yerli bürosunu xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində yük maşınları toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Fakt araşdırılır.

Share: