Külli miqdarda narkotiklə tutulan şəxsə hökm oxunub

Külli miqdarda narkotikin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəybala Ağayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, B.Ağayev ötən ilin aprel ayında Bakı şəhərində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 2,6 kiloqram narkotik maddə və güclü təsiredici həblər aşkarlanıb.

B.Ağayev qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama), 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) və 206-cı(qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Share: