KTMT-nin saytına kiberhücum olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi saytı kiberhücuma məruz qalıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.

Məlumata görə, sayta kiberhücum (DDOS-hücum) sentyabrın 13-ü axşam saatlarında başlayıb. Hücum nəticəsində saytın işində problemlər yaranıb. Hazırda saytın fəaliyyəti qismən bərpa olunub. 

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.


Share: