Kreml Ukraynada atəşkəsə hazır deyil

Vaşinqton Moskvanın Ukraynada atəşkəsə hazır olduğunu görmür.

-nın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Cənab Putinin danışıqlara hazır olması ilə bağlı mətbuatda məlumatlar var, lakin o, şübhəsiz ki, danışıqlara hazır olan biri kimi davranmır”, – Kirbi mətbuata açıqlamasında deyib.

O əlavə edib ki, ABŞ Konqresi dərhal Ukraynaya hərbi maliyyənin ayrılmasına səs verməlidir, çünki Ağ Evin artıq Ukraynaya silah ötürmək imkanı yoxdur.

Share: