Kraliçanın ölümündən sonra milyarder oldular

Şahzadə Uilyam həyat yoldaşı Keyt Middltonla Böyük Britaniya kraliçası II Elizabetin dünyasını dəyişməsindən sonra əldə etdikləri yeni titullar sayəsində milyarder olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Daily Star” qəzeti yayıb. 

Məlumata görə, II Elizabetin ölümündən sonra şahzadə Uilyam dərhal olaraq Kornuel hersoqu titulunu qazanıb. Belə ki, hazırda o, Kornuel və Kembric hersoqu, Keyt isə Kornuel və Kembric hersoginyasıdır. 

Bununla yanaşı, sentyabrın 9-u kral III Çarlz oğlu Uilyamı və gəlini Keyti Uels şahzadələri elan edib. Bildirilir ki, bu titulu sonuncu dəfə Uilyamın anası şahzadə Diana istifadə edib. 

Qəzet yazır ki, yeni titulları qazandıqdan sonra şahzadə Uilyamın sərvəti 1,1 milyard funt sterlinq olaraq qiymətləndirilir. Kornuel hersoqu və hersoginyası titullarının əldə edilməsi isə o deməkdir ki, Uilyam və Keytə çox sayda torpaq, meşə, çay və aktiv miras qalacaq. 

Qeyd olunur ki, hazırda Uels şahzadələri İngiltərə və Uelsin 20 qraflığında təqribən 128 000 hektar əraziyə sahibdirlər.

 


Share: