Kraliçanın cənazəsi yanında huşunu itirdi — Video

Xəbər verdiyimiz kimi, sentyabrın 14-ü Londondakı Vestminster sarayında kraliça II Elizabet ilə vida mərasimi başlayıb. Kraliçanın cənazəsi ətrafında kral qvardiyasının Fəxri qarovulu sutka ərzində növbətçi xidməti həyata keçirir.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, sentyabrın 15-nə keçən gecə növbə dəyişimi zamanı insident yaşanıb.

Belə ki, qvardiyaçılardan biri huşunu itirib. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən ətrafdakıların qvardiyaçının köməyinə gəldiyini görmək mümkündür. Onun səhhəti barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, qvardiyaçılar 6 saatdan bir növbəni digər əsgərlərə təhvil verir.

Xatırladaq ki, kraliçanın cənazəsi sentyabrın 19-u baş tutacaq dəfn mərasiminə qədər Vestminster sarayında qalacaq.


Share: