KRAL İRAN barəsində xəbərdarlıq etdi…

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən İordaniya kralı II Abdullah İranın region ölkələrinin daxili işlərinə qarışdığını, bunu fəsadlar doğura biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, kral İranı bölgədə ekspansionist siyasəti yürütməkdə və regionun şiə məzhəbli hərbi qruplaşmalarına dəstəkdə günahlandırıb:

“Hazırda Səudiyyə Ərəbistanı regionda çox fəal rol oynayaraq İranın dəstəklədiyi şiə məzhəbli hərbi qruplaşmaların ərəb ölkələrinin milli təhlükəsizliyinə qarşı yönəlmiş təhlükəsi qarşısında dayanıb. Biz bu gün bölgədə bir İran hilalının formalaşmasının şahidiyik. Biz isə İordaniya Krallığında dindən siyasi məqsədlər üçün istifadə olunmasını rədd edir, buna yol vermirik”.

Kral təəssüflə bildirib ki, İranın xarici siyasəti regionun digər ölkələrinin daxili işlərinə qarışmaq prinsipinə söykənir:

“İran regionda uzunmüddətli ekspansionist və müdaxiləçi siyasət aparmaqdır. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, İranın bu siyasəti bölgədə müharibəyə gətirib çıxara bilər”.

 

Müstəqil.Az

Share: