Kral III Çarlzın simvolu belə olacaq — Foto

Kral III Çarlzın kral simvolu ictimaiyyətə açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət binalarında, dövlət sənədlərində və poçt qutularında istifadə olunacaq simvol bir çox dizaynlar arasından Kral III Çarlz tərəfindən şəxsən seçilib.

Simvol onun adının ilk hərfi olan C və Latın dilində kral mənasını verən Rex sözünün ilk hərfini, həmçinin 3 rəqəmini ehtiva edir.

Simvol bu gün Bukinqem sarayının poçt otağında ilk dəfə istifadə olunacaq və kral iqamətgahlarından göndərilən məktublarda görünəcək.

Şotlandiya tacını təmsil edən simvolun ayrıca versiyası da olacaq.


Share: