Kral Çarlzdan anasına ehtiram – ad günü paradını elan etdi

Kral III Çarlz mərhum anası Kraliça II Yelizavetanın ənənələrini davam etdirir.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, kral iyunun 17-də Londonun mərkəzində “Rənglə mübarizə” adlı ad günü paradını keçirəcək.

Kraliça Elizabetin əsl ad günü aprelin 21-i idi, lakin bu, havanın daha yaxş olmasına görə hər il iyun ayında ictimaiyyət qarşısında qeyd olunub. İndi də bu ənənəni oğlu davam etdirir. 

Qeyd edək ki, ənənənin 1748-ci ildə Kral II Georginin hakimiyyəti dövründə başladığı güman edilir. II George oktyabrda anadan olsa da, onun da ad gününü havanın yaxşı olduğu aylarda qeyd etdiyi bildirilir.


Share: