Kövrək Aləmzər Sadıqqızı, gözləməlisən…

Nəvələrinin sevincin yaşayan bütün nənələr…

Azərbaycanda yeni tədris ilinin günlərdir ki, başlaması hələ də sevinc dolu həyacanla gündəmdədir. Yeni tədris ilini əsl bayram əhval ruhiyəsi kimi qarşılanması nə qədər də xoşdur. Xüsusi ilə məktəbə ilk dəfə qədəm qoyan birincilərin bir qədər kövrək, həyacanlı, yeni dünyaya açılan pəncərənin qarşısında dururmuş kimi ətrafı maraqla seyr etmələrini müşahidə etmək nə qədər xoşdur.

Bu günlərdə tanınmış yazar Aləmzər Sadıqqızı da nənə olaraq nəvəsi Ruqiyyəni məktəbə yola salmasının sevincini yaşayır, xatirələrini vərəqləyir və Müstəqil.az-ın oxucuları ilə bu sevinci paylaşır:

“Ömrümüzün əvvəlini uşaqlarımız, sonunu isə nəvələr işıqlı edir.  Nəvəm Ruqəyyənin məktəbə ilk gedişi ürəyimi nə qədər sevindirdisə bir o qədər kövrəltdi. Atamı xatırladım, məni ilk dəfə məktəbə aparan, amma bitirməyimi görməyən. Nəvəmə ən böyük arzum atalı-analı böyüsün!”


Qələm dostumuza üzümüzü tutub dxeyirik, Aləmzər xanım, kövrəlməyiniz təbiidir, kövrəlin, bütün birincilər sənin gözündə elə nəvən Ruqiyyədir, bunu da bilirik. Onu da bilirik ki, sən nəvələrinin orta məktəbi bitirməsini gözləyəcəksən, gözləməlisən… Bütün nənələr kimi…

Müstəqil.Az

Share: