Koronavirusun yarasadan deyil, panqolindən yayıldığı ortaya çıxdı -FOTOLAR

Çində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusun panqolindən yayıldığı məlum olub.
Müstəqil.AZ Moderator.az-a istinadla xəbər verir ki, nəsli tükənməkdə olan heyvanın əti ölkədə gizli şəkildə satılmaqdadır. Çinin Vuhan şəhərində isə koronavirusu can almaqda davam edir. Çin Milli Səhiyyə Agentliyi dünəndən bu günə ölü sayının 563-dən 638-ə çıxdığını bildirib.
Bir çox ölkələrə yayılan virusla əlaqədar tədbirlər görülərkən virusun yayılmasıyla bağlı yeni iddialar irəli sürülüb. Koronavirusun ilk günlərdən ilan, meymun və yarasadan yayıldığı deyilsə də, indi virusun panqolin adlı heyvanda aşkar edildiyi deyilir.
Bildirilir ki, təkcə ötən il 100 mindən çox panqolin ovlanıb.
 
Share: