Koronavirusa yoluxanların sayı 105 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 105 milyonu ötüb.

Məlumatı “Worldometers” saytı yayıb.

Bildirilir ki, hazırda bu virusa yoluxanların sayı 105 058 153-dür. Dünya üzrə ölüm sayı isə 2 281 981-dir.

İndiyədək 76 784 739 nəfər sağalıb.

Yoluxanların sayına görə ABŞ (27 162 000) liderdir. Ən çox ölüm faktı da bu ölkədə qeydə alınıb (462 236).

Müstəqil.Az

Share: