Koronavirusa yoluxanlar xəstəliyin sonrakı fəsadlarından danışdı

Xəbər verdiyimiz kimi, koronavirusun və onun müalicəsində istifadə olunan dərmanların saç tökülməsinə səbəb olduğu bildirilmişdi. Məlum olub ki, yeni tip virusdan sağalanların bu yöndə şikayətləri artmağa davam edir.

Publika.az“The Sun”a istinadən bildirir ki, COVID-19-a yoluxan insanların çoxu şiddətli saç tökülmə problemi ilə üzləşib. Xəstələr sosial şəbəkələrdə və mütəxəssislərlə görüşdə xəstəliyin zərərli təsirindən şikayət edib. Xüsusilə kişilər saçlarının 55 faizədək seyrəkləşdiyini bildirib.

Həkimlər hesab edir ki, bu, temperaturun artması ilə əlaqəli ola bilər. Qızdırma saç tökülməsi ilə müşayiət oluna bilər, çünki onun təbii uzanma dövrü pozulur. Ancaq mütəxəssislər bu problemin müvəqqəti olduğunu vurğulayırlar.

Share: