Koronavirusa yoluxan tanınmış jurnalist Nəzirməmməd sağaldı

COVID-19 infeksiyasına yoluxan jurnalist Nəzirməmməd Quliyev sağalıb.
Müstəqil.Az xəbər verir ki, M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Klinik Xəstəxanasında müalicə alan jurnalist dünən, iyul ayının 28-də  evə buraxılıb.
Müstəqil.Az- ın müxbiri ilə telefon ilı söhbəti zamanı N.Quliyev hazırda özünü yaxşı hiss etdiyini, lakin müalicəni ambulator şəraitdə davam edəcəyini bildirib. O, virusa yoluxan insanlara şəfa diləyib, yoluxmayanları özlərini qorumağa çağırıb.
Xatırladaq ki, jurnalist iyul ayının ortalarında əvvəlcə özündə qızdıma hiss edib və evdə yüngül müalicə olunmağa başlayıb. Lakin sonra nəfəs darlığı yarananda testdən keçib və koronavirusa yoluxduğu məlum olub.
Müstəqil.Az
Share: