Koronavirus xəstələri bu müddətə təcrid olunmalıdır — ÜST-dən müraciət

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 simptomu olan şəxslərin 10 gün müddətinə təcrid edilməsini tövsiyə edir. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ÜST-nin koronavirus üzrə proqramının aparıcı mütəxəssisi Canet Diaz açıqlayıb.

“ÜST koronavirus simptomu olan şəxslərin 10, koronavirusu simptomsuz keçirənlərin isə 5 günlük təcrid edilməsini tövsiyə edir”, – deyə Diaz brifinqdə çıxışı zamanı qeyd edib.


Share: