“Kontakt” İsmayıllının ən böyük elektronika mağazasını açdı — Açılışa özəl endirim

Sevindirən “Kontakt” mağazalar şəbəkəsinin növbəti dayanacağı İsmayıllı oldu! Mağazalarının sayını sürətlə artıraraq günü-gündən böyüyən şəbəkə yaxın günlərdə İsmayıllı şəhərinin ən böyük elektronika mağazasının rəsmi açılışını edib.

Açılışda canlı musiqi, şou-proqram, əyləncə, hədiyyəli oyunlar balacadan-böyüyə hamının marağına səbəb olub.

Bütün bunlardan savayı, şəbəkə endirimli qiymətləri ilə də bölgə sakinlərinin ürəyindən xəbər verib. Onlar evlərinə lazım olan minlərlə çeşiddə məhsulları 60%-dək endirimlə alıb, hələ üstəlik endirimli qiyməti yerindəcə düz 3 aya bölüblər.

Hissəli alış zamanı isə “Kontakt” müştərilərinə istənilən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaqları və nəqliyyat vasitələrini 18 aylıq ilkin ödənişsiz, faizsiz, ən vacibi isə heç bir komissiya olmadan əldə etmək şansı yaradıb. Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da müştəriləri sevindirməyə davam edir. Avqustun 4-dək bütün İsmayıllı və ətraf rayon sakinləri çox sərfəli fürsətləri dəyərləndirə bilərlər.

Şəbəkənin açılış sürprizləri sadalamaqla bitmir. Belə ki, artıq məşhur “Şeş-qoşa” kampaniyasında İsmayıllı sakinləri də iştirak edib, Volkswagen ID.4 elektromobilini pulsuz apara biləcəklər.

İndi isə cəlbedici açılış təkliflərinin bəzilərinə gəlin birlikdə nəzər salaq. Belə ki:

– 30 m² təsir sahəsi olan Hoffmann kondisionerini nağd alışda 700 deyil, cəmi 499 manata;

– 81 sm ekranlı, smart Toshiba televizorunu 600 deyil, cəmi 279 manata;

– 2200 Vt-lıq, divan fırçası olan “Daewoo” tozsoranını 140 deyil, cəmi 69 manata;

– 128 GB yaddaşlı, 5000 mAh geniş batareya tutumlu Samsung Galaxy A24 smartfonunu isə kreditlə ayda sadəcə 30 manat ödəməklə ala bilərsiniz.

Əziz İsmayıllılar, odur ki, fürsət bu fürsətdir, deyib N.Gəncəvi və S.Ə.Şirvani küçələrinin kəsişməsində yerləşən (Kəpənəyin yanı) “Kontakt” mağazasından yolunuzu mütləq salın. Qeyd edək ki, ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.


Share: