Konqresmen: “ABŞ NATO-nu tərk etməlidir”

ABŞ Şimali Atlantika Alyansını tərk etməlidir.

xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi deyib.
Bu barədə RİA Novosti yazır.

Onun sözlərinə görə, Havay adaları alyans müqaviləsi ilə əhatə olunmur və bəzi ekspertlər bunun dəyişdirilməsinin lazım olduğunu deyirlər.

Eyni zamanda, Massi qalan 49 ştatı sazişdən çıxarmağı təklif edir.

Daha əvvəl CNN məlumat vermişdi ki, Amerikanın Havay ştatı NATO-nun Müdafiə Nizamnaməsinin 5-ci maddəsinə tabe deyil:

“ABŞ Hərbi Dəniz Qüvvələrinin Pearl Harbordakı bazası və ya Honolulu yaxınlığındakı Hind-Sakit Okean Komandanlığının qərargahı hücuma məruz qalsa, blokun müttəfiqləri müdafiə etməyə borclu deyil”.

“The Telegraph” qəzetinin martın 9-da yazdığı kimi, Avropa ABŞ-ın NATO-dan çıxa biləcəyi faktına hazırlaşmalıdır. Bunu alyans ölkələrinin bir neçə diplomatı bildirib.

Share: