Konfrans Liqasında finalçılar bəlli oldu

Bu gün Avropa Konfrans Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

“Fiorentina” doğma meydanda uduzduğu “Bazel”lə bu dəfə səfərdə üz-üzə gəlib. İtaliya təmsilçisi səfər matçının əsas vaxtında uduzduğu hesabla qalib gəlib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran florensiyalılar finala yüksəliblər.

“Vest Hem” də “Alkmaar”ın qonağı olub. İlk oyundan qalib ayrılan İngiltərə təmsilçisi səfərdə də qələbə qazanaraq finala yüksəlib.

Turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Avropa Konfrans Liqası

Yarımfinalın cavab oyunları


18 may

Bazel (İsveçrə) – Fiorentina (İtaliya) 1:3

Qol: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.

İlk oyun – 2:1

Alkmaar (Niderland) – Vest Hem (İngiltərə) 0:1

Qol: Fornals, 90+4.

İlk oyun – 1:2.


Share: