“Köhnə nazir heç nə etmədi, gərək təzəsi ilə danışam”

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb.

Kulis.az xəbər verir ki, bu barədə R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub: “Evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb. Heç vəsait də ayırılmayıb. Mədəniyyət naziri də dəyişdi. Köhnə nazir, Anar Kərimov bir şey etmədi. Gərək təzə nazir, Adil Kərimli ilə danışam”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.

Oxu.az - Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb

Share: