KİV: Rusiya MN Qara dənizə düşən ABŞ PUA-sını aşkar edib

Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri martın 14-də Qara dənizdə düşmüş “MQ-9 Reaper” ABŞ pilotsuz uçuş aparatını tapıblar.

Bu barədə nazirliyə yaxın və baş verənlərin təfərrüatı ilə tanış olan mənbəyə istinadən xəbər yayılıb.

Məlumata görə, PUA Sevastopoldan 60 km aralıda sualtı robotun köməyi aşkar edilib. Dron “Cənub axını” qaz kəmərinin dərin su qolundan bir qədər aralıda, təxminən 850-900 metr dərinlikdə tapılıb.

Vurğulanır ki, hazırda “MQ-9 Reaper”in qəzaya uğradığı yerin yaxınlığında Rusiya hərbi gəmisi növbə çəkir və insident zonasının perimetri mühafizə olunur. Ekspertlər PUA-nın dənizin dibindən qaldırılması üçün gələcək işləri müzkirə edirlər.

Mənbə iddia edir ki, dronu qaldırmaq üçün batmış sualtı qayıqları qaldırmaqda istifadə olunan vasitələrdən tələb olunur.

Mənbə: gazeta.ru

Share: