…Kişinin dediyi söz də kişidir— Qoyub atmaq olar güllə yerinə…- T ofiqNURƏLİinin şeiri

KİŞİ  SÖZÜ
Sözdür də.., görünən izi qalmayır
Hərdən şapasan da şillə yerinə…
…Kişinin dediyi söz də kişidir—
Qoyub atmaq olar güllə yerinə.
Sözdür də.., başına hər cür ip salıb
Yüz yana, yüz yerə qatlamaq olar.
İlahi gücü var— kişi sözüylə
Min illik bütləri laxlatmaq olar.
Sahibsiz mülkləri ot-alaq basar,
Çoxalar bayquşu viranələrin…
Kəsərli söz deyən kəs olmayanda
Qeyrəti olmayıb zamanların.
Bədbəxtdir qeyrətdən qısır zəmanə,
İsitmir kişisiz alışan ocaq..,
İnanma böyüyüb söz deyən olsun
Qısır zəmanədə doğulan uşaq.
Kişi sözü gərək hər zəmanənin..,
Burda min məna var edən dərinə.
Kişinin dediyi söz də kişidir-
Qoyub atmaq olar güllə yerinə.
Share: