Kiprdə hakimlər çempionatı boykot etdilər, oyunlar qeyri-müəyyən müddətə təxirə salındı

Kiprdə futbol hakimləri ölkə çempionatının oyunlarını boykot ediblər.

Buna səbəb referilərdən biri – Menelaos Antoniunun anasına məxsus avtomobilin yandırılmasıdır. Hakimlər özləri və ailələri üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.

Hakimlərin qərarından sonra Kipr Futbol Assosiasiyası ölkədə peşəkar səviyyəli oyunların qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb

Qeyd edək ki, bu ilin iyununda Kiprdə Hakimlər Komitəsinə məxsus qərargahda bomba partladılıb.

Mənbə: theguardian.com

Share: